Meksikanın paytaxtı Mexiko yaxınlığında fabrikdə güclü partlayış və yanğın baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb. Yanğının böyük bir ərazini əhatə etdiyi, kimyəvi müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

İnsidentin səbəbləri araşdırılır.