"Sədərək Ticarət Mərkəzində yanğın baş verib.

Unikal.org xəbər verir ki, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də yanğınla bağlıməlumat yayıb. Məlumatda bildirilir ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

****

Səhər saatlarında Sədərək Ticarət Mərkəzində baş verən yanğın artıq söndürülüb. Bu barədə Trend-ə Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın ticarət mərkəzində 9-cu sırada yerləşən ayaqqabı mağazasında baş verib. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.

****

Bakı şəhəri, Qaradağ rayonunda Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş vermişdir. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Əlavə məlumat veriləcək.

Şahidlərin "Qafqazinfo"ya göndərdikləri video və fotoları təqdim edirik:

Sədərək Ticarət Mərkəzi yanır -  Video+Fotolar