Müğənni Niyam Salaminin evini yarıblar.

Unikal.org məlumatına görə, oğurluq hadisəsi bir müddət əvvəl ifaçının Xırdalan şəhərində yerləşən evində olub. Oğrular evə qonşunun eyvanından daxil olaraq, müğənniyə aid qiymətli əşyaları aparıblar.
 
N.Salami bu baradə ARB TV-də yayımlanan "Evgördü" verilişində açıqlama verib.