Əməkdar artist Elza Seyidcahan yenə geyimi ilə təəccübləndirib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, "Azərbaycanın səsi layihəsində münsif kürsüsündə oturan müğənni canlı yayıma başında böyük tül şlyapa ilə çıxıb.

E.Seyidcahan libaslarını ələ salanlara cavab verib:

"Geyimlərimi zövqsüz insanlar ələ salsalar da, istedadlılar bunu layihə adlandırıblar. Şəxsiyyətimizə, ənənəmizə zidd olan heç nə geyinmirəm. Paxıllar qısqanclıqlarından mənfi fikirlər bildirirlər. Dünya ulduzları hələ indi bu cür geyimlərdən istifadə edir, şöhrət qazanırlar. Bundan da maraqlı, gözəl geyimlərim hazırlanır".