ABŞ Prezidenti Barak Obama 11 Sentyabr terroru zamanı həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə izn verən qanun layihəsini veto edib.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Obama qanunun ABŞ-ın beynəlxalq maraqlarına uymadığını bildirib. O, həmçinin qanun layihəsinin qəbul ediləcəyi təqdirdə terrorla mübarizə yolunda atılan addımların da zədələnəcəyini deyib.
Qeyd edək ki, "Terrorun Dəstəkçilərinə Qarşı Ədalət" adlanan qanun layihəsi 11 Sentyabr hücumlarında həlak olanların ailələrinə terrorda Səudiyyə rəhbərliyini günahlandıraraq, bu ölkəni məhkəməyə vermə imkanı tanıyırdı.