Ən yaxşı Fransa və Meksika stadionları seçildi.

Stadiumdb.com saytında 2015-c ildə inşa edilmiş “ən yaxşı stadion” titulu uğruda mübarizə yekunlaşıb.

Unikal.org əbər verir ki, titul uğrunda Bakı Olimpiya stadionu da daxil olmaqla, 22 arena mübarizə aparıb. “Ən yaxşı stadion” iki yolla: münsiflərin rəyi və internetdə səsvermə yolu ilə müəyyənləşib. Təəssüflər olsun ki, nə birinci, nə də ki ikinci halda bizim 68 minlik arenamız ən yaxşı üçlüyə düşə bilməyib.

Münsiflərin seçimində Fransanın Bordo şəhərindəki “Matmut Atlantik” birinci, Meksikanın Qvadelupa şəhərindəki “Estadio Bankomer” ikinci, Çinin Olimpiya stadionu isə yerə layiq görülüb.

İnternet səsverməsində “Estadio Bankomer” qalib gəlib. “Matmut Atlantik” ikinci, Meksikanın Puebla şəhərindəki “Estadio Kuatemok” stadionu isə üçüncü olub.

Qeyd edək ki, Bakı Olimpiya stadionu münsiflərin rəyinə görə ilk onluğa daxil edilib.(oxu.az)