ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.

Unikal.org CBS telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.

Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes "Miami Marlins komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü "Atlanta Braves komandası ilə planlaşdırılmış görüşü ləğv edib.