Səsvermədə ilk dəfə iştirak edən Ağdam rayonu Çəmənli kənd sakini Röyal Məmmədovun 18 yaşı referendum günü tamam olub.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, sentyabrın 26-da doğum gününü qeyd edən Röyal Məmmədov 119 saylı Ağdam kənd seçki dairəsinin 23 saylı məntəqəsinə gələrək ümumxalq səsverməsində iştirak edib. İlk dəfə səsvermədə iştirak edən gəncə gül dəstəsi və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici vəsiqəsi təqdim olunub.

Təbrikə görə minnətdarlığını bildirən gənc builki doğum gününün yaddaşında hər zaman xoş xatirə kimi qalacağını deyib.

Qeyd edək ki, 1263 seçicinin qeydiyyatda olduğu məntəqədə ilk dəfə səs verən gənclərin sayı 18 nəfərdir. Ümumiyyətlə, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə seçicilərin 611 nəfəri səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir.