Bu gün keçirilən ümumxalq səsverməsi ilə (referendum) bağlı saat 12:00-a qədər Mərkəzi Seçki Komissiyasının 115 "Qaynar xəttinə şikayət daxil olmayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, saat 12:00-a qədər 5627 məntəqədən 5604-ü hesabat verib.