Xəbər verdiyimiz kimi bu gün Azərbaycanda ümumxalq səsverməsi keçirilir.Bu gün Sentyabrın 26-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.

Unikal.org bununla bağlı bir qrup tanınmış incəsənət xadimləri arasında sorğu keçirib. 

Xalq artisti Arif Babayev saytımıza açıqlamasında bildirib ki, yaxın saatlarda səsvermədə iştirak edəcək: "Hələ yerimdən indi durmuşam. Yaxın saatlarda gedib səs verəcəm. Seçkidə iştirak etmək mənim borcumdur. Qayda-qanunlarımıza tabe olmaq, əməl etmək, dövlətimizin siyasətini dəstəkləmək lazımdır. Nə qədər sağam, hakim partiyanı dəstəkləyəcəyəm. 

Xalq artisti Ağaxan Abdullayev: "Təssüflər olsun ki, səhətimlə bağlı seçkidə iştirak edə bilməyəcəm.

Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı: "Bu gün səhər gedib səs vermişəm. Azərbaycanda Referendumun keçirilməsinidə normal qiymətləndirirəm".

Xalq artisti Həmidə Ömərova: "Hazırda seçki  məntəqəsinə gedirəm. Referenduma "hə deyəcəm. Mən başqa sənətçilərin yerinə danışmıram. Amma öz yerimə deyirəm ki, seçkidə iştirak etməyi özümə borc bilirəm. 

Əməkdar artist Zöhra Abdullayeva: "Səsvermədə iştirak etmək üçün məntəqəyə gedirəm. Referendum seçkisini yüksək qiymətləndirirəm. 

Tanınmış aktyor, əməkdar artist. sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə: "Səs vermədə iştirak etmişəm. Azərbaycanda Referendum seçkilərini çox yüksək qiymətləndirirəm. Artıq biz müasir dövlətçiliyə qədəm qoyuruq. Hesab edirəm ki, Referendum Azərbaycan dövlətçiliyinə, idarəçiliyinə böyük xeyr verəcək. 

Əməkdar artist Vəfa Zeynalova: "Xeyr səs vermədə iştirak etməmişəm. Yaxın saatlarda gedib iştirak edəcəyəm.