Unikal.org xəbər verir ki, ARB TV-nin "Evgördü" verilişinin qonağı olan məşhur müğənni Niyam Salami nə vaxt evlənəcəyindən danışıb: 

"Bu yaxınlarda ailəmizin kiçiyinin toyu oldu. Hələ özümə gəlim, sonra düşünəcəm. Evlənmək xatirinə evlənmək istəmirəm. Bir övladım olsun, o da nadürüst olsun, nəyimə lazımdır elə övlad? Evlənməyə sırf evlilik gözü ilə baxmıram. Sıravi insanlar kimi düşünmürəm evliliyi. Mənim sənətim başqadı, həyat tərzim başqadı. Başqa bir şey istəyirəm mən. Başqa cür yatıram, başqa cür dururam, başqa cür yeyirəm və s. Bunlar fərqlidir. Ailə gözəldir. Amma zamanında və vaxtında. Çoxuşaqlı ailə də gözəldir. Məsələn, biz 8 uşaq olmuşuq. Çox uşaq olması gözəldir. Hər kəs bir-birinin dadına, köməyinə yetir".

Daha sonra müğənni artistə qız verilməməsindən danışıb: "Elələri var ki, müğənniyə, artistə qız vermək istəmirlər. Çünki artist onun sürdüyü həyatı, ailəsində yaratdığı obrazı üzə çıxardır. Ona görə xoşlamırlar".
"Müğənniyə, artistə qız vermək istəmirlər" - VİDEO - FOTO
"Müğənniyə, artistə qız vermək istəmirlər" - VİDEO - FOTO
"Müğənniyə, artistə qız vermək istəmirlər" - VİDEO - FOTO
"Müğənniyə, artistə qız vermək istəmirlər" - VİDEO - FOTO