Əvvəl səs verdilər, sonra şadlıq sarayına yollandılar.

ARB TV xəbər verir ki, Şəkidə 115 saylı dairə-seçki komissiyasının 6 saylı məntəqəsində maraqlı hadisə yaşanıb.

Bəy və gəlin səsvermədə iştirak ediblər. Baxmayaraq ki, onlar üçün həyatlarının ən əlamətdar günlərindən biridir, ancaq ölkə üçün əhəmiyyət kəsb edən referendumdan kənarda qalmayaraq, əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər. Daha sonra bəylə gəlin seçki məntəqəsindən birbaşa şadlıq sarayına yola düşüblər.