Kanal D-də 20 ildir aparıcılıq edən Bəyazit Öztürk "Beyaz şou"nun formatını dəyişib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra Bəyaz özü tamaşaçıların görüşünə gedəcək. Avropa və Türkiyənin dörd bir yanına getməyə hazırlaşan "Beyaz şou" 15 gündən bir yayımlanacaq.

Həftəlik canlı yayımların isə nə zaman bərpa olunacağı bəlli deyil.

Qeyd edək ki, "Beyaz live" adlı şounun Bakı çıxışı oktyabrın 7-də baş tutacaq, daha sonra isə Kanal D-də yayımlanacaq.