Referendumdan sonra aparılacaq islahatlar əsasən iqtisadi sahələri əhatə edəcək.

Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bu gün partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib.

Ə.Əhmədov bildirib ki, bu referendum ölkədə aparılacaq islahatların bazasının artırılması deməkdir: "Təbii ki, iqtisadi islahatlardan söhbət gedir. Bununla bağlı geniş hərəkat başlanılıb. Prezidentin bir sıra sərəncamları ilə Azərbaycanda iqtisadi islahatların hansı istiqamətdə gedəcəyi artıq model olaraq dərc olunmaqdadır. Amma eyni zamanda işlər davam edir. Söhbət həm də bu islahatların siyasi əsaslarının möhkəmləndirilməsindən gedir. Bu referendum nəticəsində Azərbaycanda daha da kamilləşən hakimiyyət strukturlarna islahatların daha uğurlu aparılması üçün böyük səlahiyyətlər verilmiş olacaq. Təbii ki, bu islahatlar iqtisadi sferanın bütün sahələrini əhatə edir. Bu, eyni zamanda, sahibkarlığın inkişafı üçün geniş imkanların yaradılmasını təmin edir".