"Manchester United"in baş məşqçisi Joze Mourinyo 2015-ci ildə "Real"ın prezidenti Florentino Perezlə danışıqlar apardığını təkzib edib.

Unikal.org xəbər verir ki, portuqaliyalı mütəxəsis Robert Bizlinin "Jose Mourinho. Up Close and Personal" kitabında bu barədə yazısını yalan adlandırıb. Bu kitabda yazılana görə Perez Mourinyonu 2015-ci ildə "Real"a dəvət edib və ondan Pepe, Ramos, Marselonu komandadan uzaqlaşdırmağı istəyib. Mourinyodan başqa "Real" da bunu cəfəngiyyat kimi qiymətləndirib.