Dövlət Təhlükəsizliyi Xidmətində kadr təyinatı olub.

Unikal.org apa-ya istinadən məlumatına görə, Nizaməddin Cəlilov xidmətin Heydər Əliyev adına Akademiyasına rəis müavini təyin edilib.

Qeyd edək ki, N. Cəlilov bundan əvvəl Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Mədət Quliyev Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Prezidentin bu gün, 20.10.2015-ci ildə verdiyi sərəncamla isə daxili xidmət general-leytenantı Mədət Quliyev milli təhlükəsizlik nazirinin müavini təyin edilib.

14 dekabr 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb.