Türkiyə bir daha Almaniyadan Fətullah Gülənin rəhbərlik etdiyi "Paralel dövlət" (FETÖ) terror cərəyanının iki üzvünü verməyi tələb edib.

Unikal.org bu barədə Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentlik Ankaradakı diplomatik korpuslara istinadən məlumat verir ki, hökumət Türkiyədə iyulda hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən hərəkatı ilə sıx əlaqədə olan sabiq prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın ekstradisiyası üçün Almaniyaya ikinci notanı göndərib.

Məlumata görə, hər iki şəxsin Almaniyanın Frayburq şəhərində görünməsi barədə informasiyadan sonra Türkiyə Almaniyadan növbəti dəfə onları ektradisiya etməyi tələb edib.