Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulacaq. 

Unikal.org xəbər verir ki, bağlanış matçında "Neftçi və "Sumqayıt üz-üzə gələcək.

Qarşılaşma Masazırdakı "Əlincə Arenada oynanılacaq. Qarşılaşmanın start fiti saat 19:00-da veriləcək.

Topaz Premyer Liqası
6-cı tur
27 sentyabr (çərşənbə axşamı)

19:00. "Neftçi - "Sumqayıt
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
"Əlincə Arena