"Siz bilmirsiz ki mən heç bir sayta və qəzetə informasiya vermirəm?

Bunu Unikal.org-a əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalova bildirib. O deyib ki,  bu qərarı 5ildən artıq müddətdir verib.

Bir müddət televiziyada aparıcılıq edən V.Zeynalovanın hansı səbəbdən belə qərar verməsinə gəlincə, O, deyib: "Mən jurnalistika fakultəsinin məzunu deyiləm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Aparıcı kimi elə-belə fəaliyyət göstərmişəm. Heç vaxt, heç yerdə deməmişəm ki, aparıcıyam".

Gunay Orucova