ANS-lə yolları ayrılan aparıcı Rövşanə Ağasəfqızının çalışacağı kanalın adı bəlli olub.

Unikal.org-un məlumatına görə, aparıcı axşam.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, fəaliyyətini "Space"də davam etdirəcək:

"Ciddi formatda bir proqramdır. Həftədə iki gün - cümə axşamı və cümə günü efirə gedəcək.Prodakşnla çalışacam, çəkiliş öncədən olacaq. Proqramın adı və yayım günü hələ dəqiqləşməyib".