Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Unikal.org-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər: "Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. 

Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da üzərinə müəyyən məsuliyyət düşür. Həmin dövlət orqanlarına minnətdarlığımı bildirirəm. Onlar peşəkarcasına proseslərin idarə olunmasında iştirak etdilər.
M.Pənahov qeyd edib ki, protokollar araşdırılacaq, şikayətlər daxil olacaqsa, MSK-a buna baxacaq.

MSK sədri səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səsverməsini əks etdirən video-görüntülərə münasibət bildirib.

O deyib ki, bu hallar izlənilib, bununla bağlı tədbir görəcəklər.
O bildirib ki, əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələrin ləğv edləcək: "Bu işdə məsulyyətli olmaq lazımdır.Ölkə rəhbərliyi bu məsələdə necə diqqətli və məsuliyyətlidirsə, ayrı-ayrı dairə və məntəqə sədrləri də işlərində məsuliyyətli olmalıdır. Bu halların baş verməsinə baxmayaraq, səsvermənin gedişinə kölgə sala bilməz. Arzu edərdik ki, bu hallar baş verməsin. Biz səsverməni beynəlxalq standartlara uyğun təşkil etmişik.