Gürcüstanda keçirilən parlament seçkiləri öncəsi daha iki namizəd canlı efirdə dalaşıb.

Unikal.org gürcü KİV-ə istinadən xəbər verir ki, budəfəki dava "Paata Burçuladze -Dövlət xalq üçündür blokunun nümayəndəsi İrakli Qlonti ilə "Topadze -Sənayeçilər, Bizim vətən blokunun təmsilçisi Zazo Aqladze arasında baş verib.

Münaqişə Aqladzenin Qlontiyə içərisi su dolu stəkan tullamasından sonra başlayıb. Nəticədə yayım dayandırılıb.

Xatırladaq ki, daha əvvəl də azərbaycanlı namizədlə rəqibi arasında canlı efirdə dava baş vermiş, aparıcı üzr istəməli olmuşdu.