Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanda ikinci dəfə keçirilən "ADEX 2016 beynəlxalq müdafiə sərgisini ziyarət edib.

Unikal.org bildirir ki, Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında olub.

Qeyd edək ki, "ADEX-2016 sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən "ADEX-2016 sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur. "ADEX-2016 sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.