Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam baş nazir Binəli Yıldırımla görüşəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Sarayında baş tutacaq görüşdən sonra Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Toplantısı da keçiriləcək.

Yığıncaqda baş nazir Binəli Yıldırım, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Daxili işlər naziri Süleyman Soylu, Baş Qərargah rəisi Hulusi Akar və digər nazirlər iştirak edəcək.