Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı əməliyyatının 35-ci günündə Çobanbəy qəsəbəsində gedən döyüşlərdə 3 əsgər yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralı əsgərlər sərhəddən təcili tibbi yardım avtomobili ilə götürülərək Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

Əsgərlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Türkiyə "Fərat qalxanı adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 15-dan çox kəndi terrorçulardan azad edib.