AKP-li millət vəkillərinin Fətullah Güləni ziyarət edərkən çəkilən fotoları ictimaiyyətdə etirazla qarşılanıb.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, məsələ il bağlı danışan Burdur millət vəkili Bayram Özçelik həmin vaxt AKP rəhbərliyinin bundan xəbərdar olduğunu və görüşə icazə verdiyini bildirib.

Digər bir millət vəkili Adəm Tatlı isə görüşün açıq şəkildə keçdiyini, aralarında heç bir gizli söhbətin olmadığını deyib:

"Bu xain təşkilatla əlaqəm varsa, edam cəzasına da razıyam. Adımın FETÖ lideri Dəccalla hallanması məni çox məyus edir.

Qeyd edək ki, sözügedən foto 2012-ci ildə çəkilib.