İsveçrədə hərbi helikopter qəzaya uğrayıb.

Unikal.org apa-ya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə, xilasetmə əməliyyatları və idman nazirliklərinin Tvitter səhifələrində yazılıb.

Hadisə Tiçino bölgəsində baş verib. "Le Matin" qəzetinin yazdığına görə, hadisə yerində xilasetmə xidmətinin əməkdaşları işləyir. Yaralananların olduğu deyilir, lakin onların sayı dəqiqləşdirilmir. Bildirilir ki, qəzaya uğrayan İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat helokopteri olub.