Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Murat Boz ilə həmkarı Hadisənin Acun Ilıcalının qızının toyunda səmimi olması eşq dedi-qodularını yenidən alovlandırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Murat Boz haqqında yayılan iddiaya sosial şəbəkə hesabında münasibət bildirib.

Sənətçi "Yazılanlara (Fotoşopa) inanmayın. Həm də heç kim mənə necə yaşamalı və ya necə davranmalı olduğuma dair əmr tipli cümlələr qura bilməz. Hadisə mənim dostumdur və siz bunu çox yaxşı bilirsiniz deyə yazıb.

M. Bozun sevgilisi, aktrisa Aslı Enver də baş verənlərə reaksiya göstərib: "Quzular, hər şeyə inanmayın. Həm də dostluqdan gözəl şeymi var? Sakit olun, quzular.