"Yuventus" Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ikinci oyununda "Dinamo Zagreb"i 4:0 məğlub edib.

Unikal.org xəbər verir ki, oyunda qola imza atan "qoca senyora"nın hücumçusu bunları deyib:

"Zaqrebdə oynamaq çətindir. Yaxşı əhval-ruhiyyədə olmaq istəyirdik və buna nail olduq. Hələlik "Empoli" ilə oyun haqqında düşünəcəyik. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirik. Yaxşı formadayam. Tədricən artırıram. "Yuventus"da özümü arzuolunan qonaq kimi hiss etdim. Buna çox şadam".