Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində baş müstəntiq Mehman Ələsgərov tərəfindən araşdırılır.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, ona dələduzluq faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başladılıb.
O, 2 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O.Nadirovla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, onun dostu Vüqar Bəkirov artıq təqsirləndirilən şəxs qismində həbs olunub.