Meksikada katoliklərin müqəddəs saydıqları 300 il əvvəl ölən qızın cəsədi kilsədə sərgiyə qoyulub. Sərgi zamanı cansız bədənin bir anlıq gözlərini açıb yumması görənləri şoka salıb.

Unikal.org-un məlumatına görə, gənc yaşda olan qız katolik olmaq istəyirdi, buna qarşı çıxan atası onu bıçaqla öldürmüşdü.O gündən müqəddəs sayılan gənc qızın cəsədini mumyalayıb kilsəyə qoymuşdular.