Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Rusiyanın "Rostov" və Hollandiyanın PSV komandaları arasında keçirilmiş oyun zamanı meydançaya banan atılıb.

Unikal.org report-a istinadən bildirir ki, insident ilk yarıda hesab 1:1 olarkən baş verib və oyunun videoyayımında da əksini tapıb.

"Rostov"un müdafiəçisi Mixa Mevlya və fransalı baş hakim Kleman Turpenin yanında banan aydın görünür. Banan ultrasların olduğu tribunalardan ev sahiblərinin cərimə meydançası tərəfə atılıb. İnsidentin oyunun protokolunda əks etdirilib-etdirilmədiyi hələlik məlum deyil. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, bundan əvvəl UEFA məhz azarkeşlərin irqçi davranışı üzündən "Rostov"u cəzalandırıb. Rusiya təmsilçisinin Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya "Ayaks"ına 4:1 hesabı ilə qalib gəldiyi görüşdəki olay PSV-yə qarşı matç zamanı tribunaların bir hissəsinin qapadılması ilə nəticələnib.