Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.


****

Nizami RPİ-dən "Qafqazinfo"ya bildirilib ki, qəzaya düşən hər iki nəqliyyat vasitəsi marşrut avtobusudur. Biri 62, digəri isə 36 saylı marşrutdur. Qəzaya səbəb isə avtobuslardan birinin qırmızı işıqda keçməsidir.

 

***

Bakıda baş verən avtobus qəzasında ölən və yaralananların dəqiq sayı məlum olub.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, son məlumatlara əsasən, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.