Azərbaycanlı gənc Sübhan Sadıqov bir il öncə "Formula-1 avtomobilini ixtirası ilə gündəmə gəlmişdi. Bu dəfə Sübhan Sadıqov yeni ixtirası ilə diqqəti cəlb edib. O, yeni hazırladığı "LOTOS avtomobilini təqdim edib. Bizimlə söhbəti zamanı o bu maşın üzərində təxminən 6 aydan artıq bir vaxtda çalışdığını və təkcə materiallara 7.000 manata yaxın vəsait sərf olunub.

"Avtomobillərə marağım böyükdür. Bütün dünyada bu tip əllə düzəldilən maşınlara maraq böyük olur. Bu model üzərində 7 aydır ki, çalışıram. Bu model 70-cı illərdə istifadə olunub.Düzdür tam hazır vəziyyətdə olmasa da sürmək mümkündür.

Unikal.org femida.az-a istinadən yeni "Lotos avtomobilinin görüntülərini təqdim edir: