"Sumqayıt Elektrik Stansiyasında cari ilin 8 ayı ərzində 2 milyard 171,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 244 min kilovatsaat çoxdur.

Bu barədə "Azərenerji ASC-nin mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda deyilir. 

2016-cı ilin avqust ayında isə burada 275,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

"Sumqayıt ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib, o cümlədən, cari ilin son üç ayı ərzində soyutma sisteminin ahəngdar işinin qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib və birinci pillə təmizləyici qurğu təmir edilib.

Hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar quraşdırılıb.