Gecə saatlarında Talalar kəndində rayon sakini, Murtuzəli Hacı oğlu Mustafayev idarə etdiyi "VAZ 21 074" markalı 90 DB 907 dövlət nömrə nişanlı avtomobil ata çırpılıb.

Nəticədə at ölüb, atı çapan Talalar kənd sakini, 2001-ci il təvəllüdlü Gümrah Mahir oğlu Osmanov isə aldığı xəsarətlə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.