Bu gün səhər Bakıda sərnişin avtobusu qəzaya düşməsi nəticəsində ölənşəxsin kimliyi bəlli olub.

Unikal.org xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Ölən şəxs 1966-cı ildə anadan olub. 

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən unikal.az verilən məlumata görə, saat 09:48 radələrində Bakı Şəhər Təcili Tibbi yardım Stansiyasına baş vermiş qəza ilə bağlı çağırış daxil olub.

Paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında  36 saylı və 62 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 13 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Ölən şəxsin kişi olduğu deyilir, o təxminən 60-65 yaşlarında olub və hadisə yerindəcə keçinib. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına aparılıb.

Bildirək ki, hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası cəlb edilib.

Unikal.org musavat.com-a istinadən dəhşətli qəzadan fotoları təqdim edir:

1 nəfərin öldüyü, 13 nəfərin yaralandığı qəzadan - Fotolar