Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Ukrayna və İslandiya ilə oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, baş məşqçi Fatih Terim yığmaya 24 oyunçu dəvət edib. O, ötən ay keçirilən matçlarda olduğu kimi Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuk İnan və Caner Erkini milliyə çağırmayıb.

Qapıçılar: Volkan Babacan ("Başakşehir"), , Onur Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor")

Müdafiəçilər: Şener Özayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Ahmet Çalık ("Gənclərbirliyi") Çağlar Söyüncü ("Frayburq"), Kan Ayhan ("Fortuna"), Hakan Balta ("Qalatasaray"), Ömər Toprak ("Bayer" Leverkuzen)

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer"), Mehmet Topal, Ozan Tufan, Volkan Şen (hamısı "Fənərbaxça"), Emre Mor ("Borussiya" Dortmund), Olcay Şahan ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Tolqa Ciğerci, Yalçın Öztəkin (hər ikisi "Qalatasaray")

Hücumçular: Mövlud Erdinc ("Mets"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")