İsrailin sabiq prezidenti Şimon Peresin Qüds şəhərindəki dəfn mərasimindən Vaşinqtona dönən ABŞ prezidenti Barak Obama tələsirdi. O, təyyarəsinin qapısı önündə duraraq Birləşmiş Ştatların sabiq prezidenti Bill Klintonu tələsdirib.

Unikal.org Sky News-a istinadən bildirir ki, gülümsəyən Barak Obama əlini yelləyərək Klintonu çağırıb: "Gəl! Tələs" Klintonun vidalaşma mərasimində tələsmədiyini görən Obama trapa çıxıb və qışqırıb: "Bill! Gəl də, kimi gözləyirsən?! Gəl, səni evə aparacağam!"

Amma Bill Klinton yenə tələsməyib. Obama səbirsizliklə onu gözləyib və sonucda Klinton trapla aram-aram yuxarı qalxıb, Obama ilə qucaqlaşıb.