Azərbaycan milli komandasının Norveç və Çexiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.

Unikal.org-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə aşağıdakı oyunçuları çağırıb.

Kamran Ağayev Boavişta (Portuqaliya)
Anar Nəzirov Zirə FK
Səlahət Ağayev İnter
Tərlan Quliyev İnter
Maksim Medvedev Qarabağ
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Pavel Paşayev Stal (Ukrayna)
Magomed Mirzabekov Qəbələ
Arif Daşdəmirov Qarabağ
Ruslan Abışov İnter
Rahid Əmirquliyev Qarabağ
Qara Qarayev Qarabağ
Dmitriy Nazarov Erzgedirge Aue (Almaniya)
Rəhman Hacıyev Neftçi
Araz Abdullayev Neftçi
Eddi İsrafilov Kadiz (İspaniya)
Emin Mahmudov Boavişta(Portuqaliya)
Ağabala Ramazanov İnter
Ruslan Qurbanov Qəbələ
Namik Ələskərov Qarabağ
Ramil Şeydayev Trabzonspor(Türkiyə)
Rauf Əliyev İnter

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq. Çexiya ilə səfər matçı isə bundan 3 gün sonra Ostrava şəhərindəki "Vitkovitse Arena"da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.