Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda istirahətə gedən Bülent Ersoy dostları ilə birlikdə gəmi ilə gəzməyə çıxıb. Bodrumun cənnət guşələrini gəzən Bülənt Ersoy dostları ilə çoxlu foto çəkdirib.

Təxminən beş ildir ki, özündən 38 yaş kiçik olan Berk Yılmazla sevgili olan məşhur sənətçi qayınanası Şahnaz Demirsat Yılmazı da özü ilə birlikdə tətilə aparıb. Tətildə Ersoyun qayınanası Şahnaz Demirsat Yılmaz gəlinini əlləri ilə yedirdib. Həmin an çəkilmiş fotolar isə sosial şəbəkədə paylaşılıb.