Terrorçu-kamikadzenin törətdiyi terror aktı nəticəsində Suriyanın Kürdüstanında, Əl-Hasaka əyalətində ən azı 20 nəfər ölüb.

Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə "Kurdistan24" portalı məlumat yayıb.

Partlayış kürd toyunda baş verib. 47 nəfər xəsarət alıb. Yaralananların hamısı yerli xəstəxanaya çatdırılıb.

Partlayışa görə məsuliyyəti "İslam dövləti" qruplaşması öz üzərinə götürüb.