Bu gün prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Quluyev Akif İsağa oğlu "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.

Qeyd edək ki, Akif Quluyev Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin qardaşıdır.