"Google" kompaniyası San-Fransiskoda iki yeni smartfonunu "Pixel və "Pixel XLi təqdim edib.

Unikal.org "lenta.ru-ya istinadən xəbər verir ki, hər iki telefonda RAM 4 Gb, yaddaş isə 32 və ya 128 GB-dır. Mobil telefonlar 8 və 12 meqapiksellik kamera ilə təhciz olunub. "Pixelin ekranını ölçüsü 5 düym, "Pixel XLin isə 5,5 düymdür. Telefonların qiyməti müvafiq olaraq 650 və 770 dollar olacaq.

Qeyd edək ki, "Google" əvvəllər mobil telefonunu "Nexus" adı ilə təqdim edib.