DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.

Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.

Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.