Adətən dünyadakı böyük cinayətləri törətmiş insanların siyahısında əksəriyyət kişilərdən ibarət olur. Qadınlar kişilərlə müqayisədə nadir hallarda silsilə qətllər törətsələr də, bu zaman xüsusi amansızlıqla hərəkət edirlər.

Unikal.org tarixin ən qəddar qadınların siyahısını təqdim edir:

1). Darya Nikolayevna Saltikova (1730-”1801)
Bu dünyanın ən qəddar qadını kimi tarixə düşən rus mülkədar qadınıdır.Sadist və qatil qadın 139 kəndlisini öldürtdürüb. Öldürülənlərin çoxu qadınlar və qızlar olub.Darya Nikolayevna Saltikovaya ölüm hökmü verilib, lakin edam monastr həbsxanası ilə dəyişdirilib.
Картинки по запросу 1). Darya Nikolayevna Saltikova (1730-”1801)
2. Kraliça I Mariya (1516-1558)
İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxaraq özünü Kraliça və Anqlikan kilsəsinin (İngiltərədə protestant dininin bir qolu) başçısı elan edir.
İngiltərə tarixində "Marinin zülm dövrü" kimi adlandırılan zaman kəsimində xeyli insan protestant olduqları üçün edam edilib, və bu edamlar Mariyə "Qanlı Mari" ləqəbini qazandırıb. İngiltərənin ən zəngin 800 insanı onun dövründə ölkəni tərk edib və yalnız ölümündən sonra geri dönə biliblər. 5 il hakimiyyət sürən Mari 1558-ci ildə xərçəngdən ölüb. Ondan sonra taxta çıxan birinci Elizabet ölkəni yenidən protestanlığa qaytarıb.
Картинки по запросу 2. Kraliça I Mariya (1516-1558)
3. Mayra Hindli (1942-2002)
1960-cı illərin ortalarında törətdiyi cinayətlərə görə İngiltərənin nifrətini qazanmış qadın Mayra sevgilisi Len Bredi ilə birlikdə uşaq oğurluğu cinayətləri törətməklə bərabər, biri 16, digəri 17 yaşında olan gənclərə işgəncə veriblər. 12 yaşından aşağı olan uşaqların zorlanması, işgəncə verilməsi də onun törətdiyi cinayətlər sırasındadır.
Cütlük ilk qətlini 1963-cü ildə törədib. Daha sonra isə qurbanlarının sayını artırıblar.
Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar edib. Marya və Len Bredinin öz cinayətlərini tarixə salmaq üçün yazdıqları audioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.36 il həbs cəzasına məhkum edilən Mayra 2002-ci ildə, 60 yaşında həbsxana xəstəxanasında ürək tutmasından ölüb. Adı ölkəsində hələ də nifrətlə anılmaqdadır.
Картинки по запросу 3. Mayra Hindli (1942-2002)
4. İzabella Kastilskaya (1451-1504)
İzabella Kastilskaya və əri Ferdinand Araqonski İspaniyanın birləşməsində və güclü dövlət qurulmasında başlanğıc idilər. Kraliça həmçinin məşhur səyyah Kristofer Kolumbun himayədarı kimi tarixə düşür. O, qeyri-katoliklərə qarşı münasibətində qəddarlığı ilə şöhrət qazanmışdı.
O, 31 mart 1492-ci ildə yəhudilərin və müsəlmanların məcburi köçünü nəzərdə tutan "Əlhamra qərarnaməsi"ni qəbul edib. Buna görə təxminən 200 min insan İspaniyadan qovulub, qovulmayanlar isə dinini dəyişdirməli olub. İzabellanın əmri ilə qeyri-xaçpərəstləri tonqalda yandırılırdılar.
Картинки по запросу 4. İzabella Kastilskaya (1451-1504)
5. Bevelli Alit (1968)
"Ölüm mələyi" ləqəbli Bevelli İngiltərənin ən çox tanınan qatillərindən biridir. Tibb bacısı olaraq bir xəstəxanada çalışan Alit 4 uşağı öldürmək və 3-nü yaralamaq ittihamı ilə həbs olunub. O, imkan tapdıqca uşaqlara insulin və ya potasium vuraraq infarkta səbəb olur, buna imkan olmadıqda öz niyyətini onları boğmaqla həyata keçirirdi.
Cinayətləri nə üçün törətdiyi haqda heç bir sualı cavablamayan Alitin davranışları Munhauzen Proksi sindromu ilə əlaqələndirildi. Bu sindorumun göründüyü insanlar diqqət çəkmək üçün adətən öhdəliklərində olan insanlara fiziki zərərlər yetirirlər.

6. Bell Qannes (1859-1931)
Amerikanın tanınmış qatillərindən olan Norveç mənşəli bu qadın iki ərini, onlardan olan uşaqlarını, sevgililərini öldürüb və heç bir zaman tutulmayıb. Cinayətlərinin səbəbi çox bəsit idi, qurbanlarının sağlıq sığortaları, mal-mülkləri, qiymətli əşyaları və onun etdiyi cinayətlərə şahid olmaları. Bell Qannes qəzetə evlilik elanı verir və ər namizədlərini adətən zəhərləmək yolu ilə öldürürdü. Rəsmi və qeyri-rəsmi məlumatlara görə, onun 10 il içində öldürdüyü adamların sayı 100-dən çox olub.

7. Mari Ann Kotton (1832-1873)
20 yaşında Uilyam Movbrayla evlənən Mari ailəsi ilə birlikdə Devona köçür. Beş uşağından dördü mədə ağrısı ilə vəfat edir. Ardından şimala köçən Mari dünyaya üç uşaq da gətirir, əri isə 1865-ci ildə bağırsaq ağrısından ölür. Buna görə Mari həyat sığortası şirkətindən 35 min funt qazanır. Daha sonrakı əri və uşaqları da eyni xəstəlikdən öləndən sonra yerli mətbuat Marinin izinə düşür və məlum olur ki, Mari tez-tez yer dəyişir və üç əri, bir sevgilisi, bir dostu və 12 uşağı eyni xəstəlikdən ölüb.
Mari həbs edilir və 1873-cü ildə arsen işlətmə cinayət törətmə ittihamı ilə edama məhkum olunur. Ona qarşı nifrət o qədər güclü olub ki, hətta tarixə "Qara dul" ləqəbi ilə keçən bu qatilin cəlladı qadına duyduğu nifrətdən dolayı onun ölümünü tezləşdirmək üçün verilməsi gərəkən damlanı verməyib və o əzab içində ölüb.

8. Elza Kox (1906-1967)
"Buhenvald ifritəsi" ləqəbli qatil. O 1937-1941-ci illərdə Buhenvaldın və 1941-43-cü illər arası isə Majdenak ölüm düşərgələrinin rəisi işləmiş Karl Koçun arvadı olub. Elza əlində olan sonsuz imkanlardan yararlanaraq məhkumlara qarşı sadist əməllər törədib. Həbs olunanları qamçılıyır, döyüb-öldürürdü. O öldürdüyü əsirlərin bədənlərindəki döymələri kəsib saxlayırdı. Müharibədən sonra həbs olunub. 135 insanın ölümünə səbəb olan Elza 1967-ci ildə həbsxanada özünü asıb.

9. İrma Qriz (1923-1945)
Hitler Almaniyasının ən dəhşətli əsir düşərgələrindən birində nəzarətçi işləyirdi. Osvensimə göndəriləndən az sonra düşərgədə ən böyük ikinci qadın məmur olub. Onun öhdəliyində 30 min yəhudi qadın var idi. İrma yarıac köpəkləri qadınların üzərinə buraxdırır, onları cinsi zorakılıqlara məruz qoyur, qaz kameraları üçün məhkumlar seçirdi. Əsirlərə fiziki və pisxoloji təzyiq etməkdən xoşlanan İrma gözəlliyindən dolayı "Ölüm mələyi" ləqəbini qazanıb. O, 1945-ci ildə birlikdə mühakimə olunduğu 11 nəfərlə birlikdə asılıb.
Картинки по запросу 9. Ирма Гриз (1923-1945)
10. Ketrin Nayt (1956)
Ömürlük həbsə məhkum edilən ilk avstraliyalı qadın olaraq tarixə düşüb. O 2001-ci ildə boşanma məhkəmələri hələ də davam edən ərini ön və arxa hissədən 37 dəfə bıçaqlayıb, sonra isə dərisini soyaraq otaqdan asıb. Bununla kifayətlənməyən qadın onun ətini doğrayaraq soyuducuya yerləşdirib və ondan uşaqları üçün yemək hazırlamaq istəyib. Lakin polisin hadisədən xəbər tutması ona əngəl olub. 2006-cı ilə qədər davam edən məhkəmədən sonra ona ölüm hökmü verilib.
Картинки по запросу 10. Ketrin Nayt (1956)
11. Erjebet (Elizaveta) Batoriy (1560-1614)
Macarıstan və dünya tarixinin ən dəhşətli qatillərindən biri olan Elizabet Batori, Sejte qəsrində yaşayan bir zadəgan idi. O, yoxsul ailələrdən olan qızları yaxşı maaşlı iş təklifi ilə qəsrinə gətizdirir və sonra bu qızlardan heç birindən xəbər alınmırdı. Qurbanlarını uzun müddət döyür, işgəncə verir əllərini, üzlərini və bədənlərinin digər hissələrini də yandırır, diri-diri dərilərini soyurdu və onların ölümünü izləməkdən həzz alırdı. O, 1585 və 1610-cu illər arasında ən az 650 qadını işgəncədən keçirib öldürmüşdü.O, öldürdüyü qadınların qanlarında çimməyin onu cavan saxladığını düşünür və tez-tez bu cür vanna qəbul edirmiş.
Törətdikləri əməllər ortaya çıxandan sonra elə öz qəsrinə həbs edildi. O, yemək verilmək üçün yalnızca balaca bir dəliyi olan otağa salındı və üç il sonra aclıqdan öldü.
Картинки по запросу 11. Elizaveta Batoriy (1560-1614)
12. Yekaterina Mediçi (1519-1559)
Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı Kraliça Yekaterina Mediçi 14 yaşında Şahzadə II Henrik de Valyaya ərə gedib.Tarixinin ən qəddar qadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında 24 avqust 1572-ci ildə törədilmiş qanlı "Valfolamey gecəsi"nin əsas təşəbbüskarıdır.
Картинки по запросу 12. Yekaterina Mediçi (1519-1559)