Qaydasız döyüş növü üzrə keçirilən qran-pri WFCA turnirində Çeçenistan lideri Ramzan Kadırovun oğulları - 10 yaşlı Əhməd, 9 yaşlı Zəlimxan və 8 yaşlı Adəm Kadırov bütün yarışları udaraq qalib olublar.

Unikal.org Avropa.info-a istinadən xəbər verir ki, turnir Ramzan Kadırovun 40 illik yubileyi münasibəti ilə keçirilib. Əhməd Kadırov 33 kq çəki kateqoriyasında Dəmir Şevxujeyevi 14-cü saniyədə nokauta göndərib. Zəlimxan Kadırov 27 kq çəki kateqoriyasında Daniili Şalakla döyüşdə qalib gəlib. Adəm Kadırov isə 35 kq-da David Xalatovu məğlub edib.

Uşaq döyüşləri turnirin əsas mərhələsindən əvvəl nümayiş xarakteri daşıyıb.