Hər zaman seksual qadınlar siyahısında öncül sıralarda olan və hal-hazırda iki oğlan uşağı anası olan məşhur Hollivud aktirtisası Meqan Foxs keçmişinə dair cəsur  açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, Foxs, verdiyi bir reportajda striptiz klubunda çalışan bir qadına aşiq olduğunu söyləyib. Məşhur ulduz, o şərhdə ''Ona aşiq idim və onu özümə aşiq etməyə qərar vermişdim və onunla sevgili olmağa qərarlıydım. Qızın adı Nikitaydı. Davamlı tək başına çalışdığı striptiz klubuna gedirdim. Ona hədiyyələr alırdım".

Xatırladaq ki, Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi.
1999-cu ildə ABŞ-ın Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub. Sonra "Sənin nəyini sevirəm" serialındakı epizodik rolda çəkilib. 2004-cü ildə Meqan Foks Hollivudda ikinci dərəcəli rollara çəkilib. O, əvvəlcə Lindsi Lohanla birlikdə "Etiraf" filmində, sonra isə yeniyetmələr üçün nəzərdə tutulan "TV kraliçası" dramı və "Modanın cinayətləri" filmində rol aldı. "Transformerlər" filmidə canlandırdığı Mikaela obrazı ona əsl şöhrət gətirib.