Aktrisa Yeliz Yeşilmen xəstəxanalıq olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnstaqram səhifəsində qoluna sistem qoşulmuş halda şəklini paylaşan aktrisa gərgin iş qrafiki və yorğunluq səbəbindən səhhətinin pisləşdiyini yazıb. 

Yeliz yüksək hərarətinin həkimlər tərəfindən güclə aşağı salındığını və evində istirahət etməyə başladığını qeyd edib.