Slovakiya Respublikasının ilk prezidenti Mixal Kovaç dünyasını dəyişib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 87 yaşlı eks-prezident uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib.

Slovakiya radiosunun məlumatına görə, ölümə səbəb ürək tutması olub.

Qeyd edək ki, Mixal Kovaç 1993-1998-ci illər ərzində prezident postunu tutub.